Təhsil dünyanı dəyişdirmək üçün istifadə edə biləcəyiniz ən güclü silahdır
Məqsədimiz etik hakerlik həvəskarlarına peşəkar təlim təklif etməkdir
WEB texnologiyaları
Veb texnologiyalarında istifadə olunan prinsiplər və mexanizmlər, veb-klient və server texnologiyalarına hücum üsulları, həmçinin qorunma mexanizmlərindən yan keçmək.
Şəbəkə infrastrukturu
Şəbəkə texnologiyalarında istifadə olunan prinsip və mexanizmlər, şəbəkə avadanlığına, istifadəçi və server stansiyalarına hücum üsulları, eləcə də mühafizə mexanizmlərindən yan keçmək.
Tərs mühəndislik
Tərs mühəndislikdə istifadə olunan prinsip və mexanizimlər tətbiqin və ya sistemin daxili hissələrini araşdırmaq, potensial təhlükəsizlik boşluqlarını aşkar edərək onları istismar etmək üçün istifadə olunur. Onlar həmçinin zərərli kodu və tətbiqdə edilən hər hansı dəyişiklikləri aşkar etmək üçün istifadə edilə bilər.
Sosial mühəndislik
Bu metodologiya kompüter sistemi üzərində nəzarəti ələ keçirmək, və ya şəxsi maliyyə məlumatlarını oğurlamaq üçün hədəfi manipulyasiya etmək, aldatmaq taktikasıdır. Sosial mühəndis istifadəçiləri təhlükəsizlikdə səhvlər etmək və ya həssas məlumatları paylaşmağa aldatmaq üçün psixoloji manipulyasiyadan istifadə edir.